Mədəniyyət və Turizm Nazirliyi Xəzəryanı ölkələrin ilk Media Forumunda təmsil olunur

Mədəniyyət və Turizm Nazirliyi Xəzəryanı ölkələrin ilk Media Forumunda təmsil olunur Forumda Xəzəryanı ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, jurnalistlər, redaktorlar iştirak edir
Mədəniyyət siyasəti
17 Sentyabr , 2015 21:07
Mədəniyyət və Turizm Nazirliyi Xəzəryanı ölkələrin ilk Media Forumunda təmsil olunur

BAKI. 17 Sentyabr. REPORT.AZ/ Sentyabrın 16-da Rusiya Federasiyasının Həştərxan şəhərində Rusiya Federasiyası Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyinin dəstəyi ilə Birinci Xəzər Media forumu başlayıb.

"Report" xəbər verir ki, tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin Qeyri-hökümət təşkilatları ilə iş sektorunun müdiri Rəşad Əliyev iştirak edir. Bu hadisə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistan ölkələrinin media nümayəndələrini ilk dəfə bir araya gətirib.

Bu nüfuzlu beynəlxalq tədbir Xəzəryanı ölkələrin mehriban qonşuluq münasibətləri möhkəmləndirmək və KİV sahəsində, xüsusilə də yeni əməkdaşlıq istiqamətini müəyyən etmək üçün nəzərdə tutulub. Media forumunda Xəzəryanı ölkələrin müvafiq nazirliklərinin nümayəndələri, jurnalistlər, redaktorlar iştirak edir. Azərbaycan Mədəniyyət və Turizm, Təhsil, Ekologiya və Təbii Sərvətlər, Rabitə və Yüksək Texnologiyalar və digər nazirliklərin rəsmiləri və həmçinin müxtəlif redaksiyaların nümayəndələri ilə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi