Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib

Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan dövlət qulluqçuları iştirak edə bilərlər
Mədəniyyət siyasəti
23 İyun , 2016 19:40
Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi vakant dövlət qulluğu vəzifələrinin tutulması ilə bağlı müsahibə elan edib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Müsahibədə inzibati vəzifədə qulluq keçən və ixtisas dərəcəsinə malik olan Mədəniyyət və Turizm Nazirliyinin dövlət qulluqçuları iştirak edə bilər.

Müsahibədə iştirak etmək üçün ərizələr iyunun 23-dən iyulun 7-dək saat 09:00 18:00-dək Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyində aparılır.

Müsahibə zamanı müsahibədə iştirak edən dövlət qulluqçusunun bilik səviyyəsi, peşə hazırlığı, ümumi dünyagörüşü, barəsin­də müsahibə elan edilən vəzifə üçün zəruri olan şəxsi keyfiyyətləri yoxlanılmaqla müvafiq vəzifəyə uyğunluğu müəyyən edilir. Müsa­hi­bədə ixtisas dərəcəsi, attestasiyanın nəticələri, müvafiq vəzifənin tələblərinə uyğun olaraq təkrar hazırlıq keçirilməsi və ixtisasın artırılması da nəzərə alınır.

Qeyd edək ki, ətraflı məlumatı Mədəniyyət və Turizm Nazirliyinin www.mct.qov.az internet saytından öyrənmək olar.

Son xəbərlər

Orphus sistemi