Yuxarı

Mədəniyyət və Turizm Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə müsabiqə elan edib

Müsabiqənin məqsədi bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsidir

Bakı. 15 avqust. REPORT.AZ/ Mədəniyyət və Turizm Nazirliyi 2016/2017-ci tədris ili üçün pedaqoji kadrların işə qəbulu üzrə növbəti III müsabiqəni elan edib.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində, mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə 2015/2016-cı tədris ilindən etibarən sözügedən məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Müsabiqənin aparılması qaydaları; məktəblərin vakant yerləri və ünvanları haqqında məlumat; elektron ərizənin forması nazirliyin rəsmi internet saytınınelanlar bölməsində yerləşdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi