Mədəniyyət və Turizm Nazirliyi: Namiq Qafarov vəzifəsinin öhdəsindən bacarıqla gəlib

Mədəniyyət və Turizm Nazirliyi: Namiq Qafarov vəzifəsinin öhdəsindən bacarıqla gəlib "O, öz ərizəsi ilə işdən azad edilib"
Mədəniyyət siyasəti
12 Noyabr , 2015 16:32
Mədəniyyət və Turizm Nazirliyi: Namiq Qafarov vəzifəsinin öhdəsindən bacarıqla gəlib

Bakı. 12 noyabr. REPORT.AZ/ Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Namiq Qafarov öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov bildirib.

Şöbə müdiri N.Qafarovun dövlət qulluqçusu kimi öz işinin öhdəsindən layiqincə gəldiyini bildirib: "O, uzun illər mədəniyyət sahəsində çalışıb və vəzifəsinin öhdəsindən bacarıqla gəlib. Vəzifəsindən öz ərizəsinə uyğun olaraq gedib. Gələcəkdə arzusu olsa, nazirliyin strukturunda müvafiq işlə təmin oluna bilər".

V.Şıxəmmədov Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinə yeni rəis təyinatı olmadığını da əlavə edib.

Son xəbərlər

Orphus sistemi