Mədəniyyət və Turizm Nazirliyi il ərzində keçirdiyi yubileylərin sayını açıqlayıb

Mədəniyyət və Turizm Nazirliyi il ərzində keçirdiyi yubileylərin sayını açıqlayıb 2015-ci ildə Bakıda III Mədəniyyətlərarası Beynəlxalq Forum keçiriləcək
Mədəniyyət siyasəti
26 Dekabr , 2014 18:33
Mədəniyyət və Turizm Nazirliyi il ərzində keçirdiyi yubileylərin sayını açıqlayıb

Bakı. 26 dekabr. REPORT.AZ/ "Yola saldığımız 2014-cü il Azərbaycan mədəniyyəti üçün çox zəngin və gərgin il oldu".

"Report" xəbər verir ki, bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin yekun kollegiya iclasında deyib.

2014-cü ildə Mədəniyyət və Turuzm Nazirliyinin 50-dək yubiley keçirdiyini deyən Əbülfəs Qarayev 2015-ci ildə yeni müsabiqələrə start veriləcəyini qeyd edib.

Gələn il xalçaçılıq, aşıq sənəti və kələğayı ilə bağlı müxtəlif tədbirlərin keçiriləcəyini deyən nazir milli sərvətlər üzrə və çövkən oyunlarına həsr edilən müsabiqələrin olacağını bildirib. Nazir əlavə edib ki, 2015-ci ildə Bakıda III Mədəniyyətlərarası Beynəlxalq Forum keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi