Yuxarı

Mədəniyyət və Turizm Nazirliyi COMCEC-in Turizm üzrə İşçi qrupunun iclasında təmsil olunacaq

Tədbir sentyabrın 3-də Ankara şəhərində keçiriləcək

Bakı. 25 avqust. REPORT.AZ/ Sentyabrın 3-də Türkiyənin Ankara şəhərində İslam Əməkdaşlıq Təşkilatı İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) Turizm üzrə İşçi qrupunun "Effektiv Turizm Marketinq Strategiyaları: İƏT-ə üzv olan ölkələr üçün İKT (informasiya və kommunikasiya texnologiyaları) əsaslı həll yolları" mövzusunda 6-cı iclası keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

İclas zamanı üzv ölkələrdə turizmin marketinqində İKT vasitələrindən istifadə, bu sahədə mövcud vəziyyət, əsas problemlər və onların həlli yolları, ölkələrin bu sahədəki təcrübələri, tövsiyə və perspektivlər müzakirə olunacaq.

Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev iştirak edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi