Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət və təhsil xidmətləri göstərən qurumlarla bağlı Komissiya yaradılıb - SİYAHI

Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət və təhsil xidmətləri göstərən qurumlarla bağlı Komissiya yaradılıb - SİYAHI Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Mədəniyyət siyasəti
15 Yanvar , 2019 19:13
Mədəniyyət Nazirliyinin tabeliyindəki mədəniyyət və təhsil xidmətləri göstərən qurumlarla bağlı Komissiya yaradılıb - SİYAHI

Bakı. 15 yanvar. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

"Report"un məlumatına görə, fərmanla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində yeni, mütərəqqi və ölkənin bütün ərazisini əhatə edəcək kitabxana sisteminin yaradılması, habelə mədəniyyət və təhsil xidmətləri göstərən qurumların (mədəniyyət mərkəzləri, klublar, musiqi məktəbləri, rəsm qalereyaları və s.) fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təkliflər hazırlanması üçün aşağıdakı tərkibdə Komissiya yaradılır:

Komissiyanın sədri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri

Komissiya sədrinin müavini

Azərbaycan Respublikasının mədəniyyət naziri

Komissiyanın üzvləri

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi.

Son xəbərlər

Orphus sistemi