Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar və ordenlərin təqdimetmə mərasimi keçirilib

Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar və ordenlərin təqdimetmə mərasimi keçirilib Bakı. 10 may. REPORT.AZ/ Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar və ordenlərin təqdimetmə mərasimi keçirilib.
Mədəniyyət siyasəti
10 May , 2018 13:42
Mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar və ordenlərin təqdimetmə mərasimi keçirilib
Mədəniyyət naziri Əbülfəs Qarayev / Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 10 may. REPORT.AZ/ Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə fəxri adlar və ordenlərin təqdimetmə mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə mədəniyyət naziri Əbülfəs Qarayev və incəsənət xadimləri iştirak ediblər.

"Son bir neçə ay müddətində Azərbaycan əleyhinə çirkin siyasəti davam etdirən Ermənistanın vəziyyəti ilə Azərbaycandakı seçkiləri müqayisə etsək, görərik ki, Azərbaycanda əhali daxili gücünün ifadəsinin nəticəsi olaraq İlham Əliyevi prezident seçir, digər ölkədə isə rəhbər əleyhinə inqilab edilir. Reallıq budur", - nazir qeyd edib.

Ə.Qarayev nazir olacağı müddətdə mədəniyyət işçilərinə dəstək olacağını vurğulayıb: "Azərbaycan xalqının əslərdən gələn mədəniyyətini qoruyaraq gələcək nəsillərə ötürəcəyik. Bu işdə hər kəsə uğurlar arzulayıram".

Sonda nazir mükafatları sahiblərinə təqdim edib.

Son xəbərlər

Orphus sistemi