​Azərbaycanda mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması qaydası təsdiqlənib

​Azərbaycanda mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması qaydası təsdiqlənib Bu sənəd mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması ilə bağlı münasibətləri tənzimləyəcək
Mədəniyyət siyasəti
20 Aprel , 2015 09:27
​Azərbaycanda mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması qaydası təsdiqlənib

Bakı. 20 aprel. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti “Mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması Qaydası”nı təsdiqləyib.

“Report”un xəbərinə görə, bu sənəd mədəniyyət sahəsində elektron məlumat sisteminin tərkibi, təşkili və idarə olunması ilə bağlı münasibətləri tənzimləyəcək.

Sənədə əsasən, mədəniyyət sahəsində dövlət siyasətinin təmin edilməsi, dövlət reyestrinin və dövlət monitorinqinin aparılması, mədəniyyət sahəsində fəaliyyət göstərən subyektlər arasında münasibətlərin inkişafı məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət sahəsində elektron məlumat sistemi yaradılır.

Bu sahədə elektron məlumat sistemi dövlət orqanları, bələdiyyələr, fiziki və hüquqi şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin qurulmasına, mədəniyyət fəaliyyəti subyektləri arasında məlumat mübadiləsinin aparılmasına və mədəniyyət sahəsində səmərəli idarəetmənin təmin olunmasına xidmət edən kompleks proqram təminatıdır.

Mədəniyyət sahəsində elektron məlumat sisteminə milli mədəniyyət əmlakının Dövlət Siyahısı və mədəni sərvətlərin mühafizə siyahısı, milli mədəni irs obyektlərinə aid edilən xüsusi əhəmiyyət daşıyan mədəniyyət obyektləri, mədəniyyət sahəsində həyata keçirilən dövlət siyasəti, sahə üzrə qəbul edilən normativ hüquqi aktlar və tədbirlər planları, mədəniyyət sahəsində aparılan dövlət reyestri, mədəniyyət nümunələrinin Azərbaycanın milli mədəni sərvətlərinə aid edilməsi məqsədi ilə həyata keçirilən ekspertizalar, qeyri-maddi mədəni irs nümunələrinin dövlət reyestri sistemi, milli mədəni irsə aid edilən kulinariya nümunələri, milli mədəniyyətin bərpa edilməsi, qorunması, inkişafı və təşviqi məqsədi ilə görülmüş tədbirlər, həyata keçirilən və ya maliyyələşdirilən layihələr, bu sahədə həyata keçirilən dövlət monitorinqləri, xarici dövlətlərdə həyata keçirilən mədəniyyət tədbirləri, dövlət mühafizəsində olan mədəniyyət obyektlərində aparılan bərpa, təmir-tikinti, rekonstruksiya və konservasiya işləri daxildir.

Elektron məlumat sisteminin təşkili məqsədi ilə proqram təminatı və mərkəzi serverin texniki təchizatı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilir.

Elektron məlumat sisteminin iştirakçıları Mədəniyyət və Turizm Nazirliyi və Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsidir.

Elektron məlumat sisteminin inzibatçısı Mədəniyyət və Turizm Nazirliyidir. Məlumat sisteminin inzibatçısı elektron məlumat sisteminin təhlükəsizliyinə cavabdehlik daşıyır.

Dövlət orqanları, hüquqi və fiziki şəxslər elektron məlumat sistemindən məlumat almaq üçün bilavasitə elektron məlumat sisteminin inzibatçısına sorğu vasitəsilə müraciət edirlər.

Daxil olan sorğu inzibatçı tərəfindən öyrənilir və sorğunun daxil olduğu gündən 7 iş günü müddətində onun icrası təmin edilir.

Elektron məlumat sistemindən statistik məlumatlar adsızlaşdırılmış şəkildə verilir. 

Son xəbərlər

Orphus sistemi