Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrə gedir

Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrə gedir Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşlarla görüşəcək.
Mədəniyyət siyasəti
4 İyun , 2019 12:59
Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrə gedir
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Mədəniyyət Nazirliyinin rəhbərliyi bölgələrdə vətəndaşlarla görüşəcək.

Nazirlikdən "Report"a verilən məlumata görə, nazir Əbülfəs Qarayev iyunun 21-də Balakən və Zaqatala sakinlərini qəbul edəcək. 

Qəbul saat 11:00-da Balakən rayon Mədəniyyət Mərkəzində (Balakən şəhəri, Heydər Əliyev prospekti 42) başlayacaq. 

Həmin gün saat 11:00-da Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Şəki şəhər Heydər Əliyev Mərkəzində (Şəki şəhəri, Heydər Əliyev prospekti 216) Şəki şəhəri və Oğuz rayonundan, Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Qax rayon Heydər Əliyev Mərkəzində (Qax şəhəri, N.Nərimanov küçəsi 4) Qax rayonundan olan vətəndaşlarla görüşəcək.

Son xəbərlər

Orphus sistemi