Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.
Mədəniyyət siyasəti
27 İyun , 2019 15:12
Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub

Mədəniyyət Nazirliyində yeni kadr təyinatı olub.

"Report"un əldə etdiyi məlumata görə, Günel Səmədağa qızı Aslanova Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinə müdir təyin edilib. 

O, bu təyinatadək həmin şöbənin Mədəni marşrutların inkişafı və marketinq sektorunun müdiri kimi fəaliyyət göstərib.

Qeyd edək ki, Günel Aslanova Səbail Bələdiyyəsinin sədri Səmədağa Aslanovun qızıdır. 

Xatırladaq ki, bundan əvvəl Mədəniyyət Nazirliyinin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsini Vüqar Şıxməmmədov icra edib. O daha sonra Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsinə təyin olunub.

Son xəbərlər

Orphus sistemi