Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb

Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb Mədəniyyət Nazirliyi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb. "Report" xəbər verir ki, nekroloqda deyilir:
Mədəniyyət siyasəti
28 May , 2021 17:41
Mədəniyyət Nazirliyi Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb
Zöhrə Abdullayeva

Mədəniyyət Nazirliyi Əməkdar artist Zöhrə Abdullayevanın vəfatı ilə əlaqədar nekroloq yayıb.

"Report" xəbər verir ki, nekroloqda deyilir:

"Əməkdar artist Zöhrə Abdullayeva vəfat edib.

Azərbaycan Respublikasının Əməkdar artisti, sevilən müğənni Zöhrə Abdulla qızı Abdullayeva 28 may 2021-ci il tarixində vəfat edib.

Zöhrə Abdullayeva 16 dekabr 1952-ci ildə Şuşada anadan olub.

Müğənni musiqi sənətində uzunmüddətli və səmərəli fəaliyyətinə görə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

Tanınmış müğənninin əziz xatirəsi onun sevənlərin qəlbində əbədi yaşayacaq.

Allah rəhmət eləsin".

Son xəbərlər

Orphus sistemi