Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək Bakı. 8 avqust. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.
Mədəniyyət siyasəti
8 Avqust , 2018 12:32
Mədəniyyət Nazirliyi pedaqoji kadrların işə qəbulu üzrə növbəti müsabiqə keçirəcək

Bakı. 8 avqust. REPORT.AZ/ Mədəniyyət Nazirliyinin sistemindəki uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində təhsilin keyfiyyətinin yüksəldilməsini, bilikli və bacarıqlı ixtisaslı kadrların bərabərhüquqlu, şəffaf və sağlam rəqabət şəraitində seçilib yerləşdirilməsini, kadrlara olan tələb-təklif prinsiplərinin gözlənilməsini təmin etmək məqsədi ilə məktəblərə pedaqoji kadrların işə qəbulu vakant yerlər əsasında müsabiqə yolu ilə aparılır.

Nazirlikdən "Report"a verilən məlumata görə, respublikanın uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərinə pedaqoji kadrların işə qəbulu üzrə növbəti V müsabiqənin qaydaları, mövcud vakansiyalar və digər məlumatlar 2018-ci ilin 15 avqust tarixində Nazirliyin rəsmi İnternet saytının (www.mct.gov.az) və Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının (www.music.mctgov.az) “Elanlar” bölməsində yerləşdiriləcək. 

Son xəbərlər

Orphus sistemi