2019-cu ildə Bakı şəhəri UNESKO-nun qərarı ilə bu təşkilatın Yaradıcı Şəhərlər Şəbəkəsinə “Dizayn” tematikası üzrə daxil edilib. Bu əsasda "Azerbaijan Design Award" müsabiqəsi çərçivəsində Bakı Dizayn Şəhərinin xüsusi loqosunun hazırlanması üçün Mədəniyyət Nazirliyi və "Kreativ Azərbaycan" portalı loqo müsabiqəsini elan edib.
Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, müsabiqənin qalibi "Apple Macbook Air 2019" noutbukunu qazanacaq.
Mükafat qalibə "Azerbaijan Design Award" müsabiqəsinin yekun tədbirində təqdim olunacaq. Nazirlik ölkənin bütün dizaynerlərini bu müsabiqədə iştirak etməyə çağırır.
Layihələr
İştirak şərtləri:
- İştirakçı olmaq üçün rəsmi saytda
- Hər iştirakçı mövzu üzrə maksimum 2 versiya təqdim edə bilər;
- Hər layihə mütləq 5 şəkildən (jpeg) ibarət olmalıdır;
- Hər yüklənən şəklin maksimum ölçüsü 2 mb olmalıdır;
- Təqdim olunan layihənin izahedici mətni olmalıdır;
- Təqdim olunan layihələr sizə məxsus olmalıdır.
UNESKO-nun Yaradıcı Şəhərlər Şəbəkəsi haqqında məlumat: