Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib - ƏLAVƏ OLUNUB

Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib - ƏLAVƏ OLUNUB Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğuna baxış keçirilib.
Mədəniyyət siyasəti
23 May , 2019 12:29
Mədəniyyət Nazirliyi institut direktorunu Keşikçi Dağa göndərib - ƏLAVƏ OLUNUB

Mədəniyyət Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğuna baxış keçirilib.

"Report"un məlumatına görə, institutun direktoru Telman Kərimli qoruq əməkdaşları ilə əraziyə ilkin baxış keçirib.

Eyni zamanda qoruğun gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb.

T.Kərimli “Report”a açıqlamasında deyib ki, Keşikçi Dağ Dövlət Tarix Mədəniyyət Qoruğunda infrastruktur yaradılacaq: “Hazırda qoruğun inzibati binasının yaradılması üçün danışıqlar aparılır. Çünki işçilərin daimi olaraq iş otaqlarının olması vacibdir. Eyni zamanda ərazidə yolların təmir-bərpası həyata keçirilməlidir. Mağaralarda konservasiya (mühafizənin təşkili) işlərinin həyata keçirilməsi zəruridir. Bütün bunların hamısının həyata keçirilməsi gündəlikdə duran məsələlərdəndir. Biz qoruğa bu məsələlərin reallaşdırılması məqsədi ilə baxış keçirmişik”.

Son xəbərlər

Orphus sistemi