Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu - EKSKLÜZİV

Mədəniyyət naziri vəzifəsini icra edən şəxs məlum oldu - EKSKLÜZİV Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.
Mədəniyyət siyasəti
8889
22 May , 2020 11:21
0 : 00
0 : 00

Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb. 

“Report”un əldə etdiyi məlumata görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin Mədəniyyət naziri vəzifəsindən azad olunması haqqında sərəncam imzalayıb.

Vaqif Əliyev
Vaqif Əliyev

Son xəbərlər

Orphus sistemi