Mədəniyyət naziri Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verib

Mədəniyyət naziri Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verib Azərbaycanın mədəniyyət naziri Anar Kərimov özünün tviterdəki hesabında tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbovla bağlı paylaşım edib.
Mədəniyyət siyasəti
2 Yanvar , 2022 01:30
Mədəniyyət naziri Ramiz Abutalıbovun vəfatı ilə bağlı başsağlığı verib
Anar Kərimov

Azərbaycanın mədəniyyət naziri Anar Kərimov özünün tviterdəki hesabında tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbovun vəfatı ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, nazir YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının başsağlığını “Allah rəhmət eləsin” sözləri ilə paylaşıb.

“Tanınmış ictimai xadim, tədqiqatçı, diplomat Ramiz Abutalıbov vəfat edib. O, 1993-2004-cü illərdə Xarici İşlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir - YUNESKO üzrə Milli Komissiyanın ilk baş katibi olub.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının kollektivi adından Ramiz müəllimə Allahdan rəhmət diləyirik”, - başsağlığıda deyilir.

Son xəbərlər

Orphus sistemi