Əbülfəs Qarayev Fəxrəddin Manafovun Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib - EKSKLÜZİV

Əbülfəs Qarayev Fəxrəddin Manafovun Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib - EKSKLÜZİV Nazir: "Artıq xalq artisti özü bu barədə qərar verəcək"
Mədəniyyət siyasəti
21 Dekabr , 2018 17:09
Əbülfəs Qarayev Fəxrəddin Manafovun Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib - EKSKLÜZİV

Bakı. 21 dekabr. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev tanınmış kino və teatr aktyoru, xalq artisti Fəxrəddin Manafovun Azərbaycan Dövlət Rus Dram Teatrından işdən çıxmasına münasibət bildirib.

Ə.Qarayev "Report"a açıqlamasında deyib ki, Mədəniyyət Nazirliyi məsələni nəzarətə götürüb, müəyyən addımlar atıb.  

"Fəxrəddin Manafov Azərbaycanın tanınmış aktyorudur. Tənqiddən nəticə çıxarıldı, müəyyən addımlar atıldı. Artıq xalq artisti özü bu barədə qərar verəcək. Mən yaradıcı insana deyə bilmərəm ora get, bura getmə", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl xalq artisti F.Manafov çalışdığı Rus Dram Teatrından işdən çıxıb.

Mədəniyyət Nazirliyinin rəhbərliyi F.Manafovun mətbuatda yayılan bəyanatı ilə tanış olduqdan sonra dərhal məsələnin araşdırılması ilə bağlı göstəriş vermişdi. Nazirlik aktyorun səhnə yaradıcılığı üçün zəruri şəraitlə təmin olunması, onu narahat edən məsələlərin aradan qaldırılması və teatrda fəaliyyətini davam etdirməsini təmin etmək barədə Rus Dram Teatrının rəhbərliyinə ciddi tapşırıq vermişdi.  

Son xəbərlər

Orphus sistemi