Mədəniyyət müəssisələrinin təmir və bərpasına xərclənən vəsait açıqlanıb

Mədəniyyət müəssisələrinin təmir və bərpasına xərclənən vəsait açıqlanıb Bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib
Mədəniyyət siyasəti
24 May , 2021 11:22
Mədəniyyət müəssisələrinin təmir və bərpasına xərclənən vəsait açıqlanıb

Mədəniyyət müəssisələrinin, o cümlədən Binəqədi rayonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrı binasında əsaslı təmir və yenidənqurma işlərinin aparılmasına, Tovuz rayonunda Mədəniyyət evinin yenidən qurulmasına, Hüsyn Bozalqanlı adına Azərbaycan Açıq Sənəti Muzeyi binasının tikintisinə, Şabran rayonunda “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiyası işlərinin görülməsinə 9,9 milyon manat, Gəncə Dövlət Dram Teartının yeni 500 yerlik binasının inşasına 13,8 milyon manat, bir sıra tarixi memarlıq abidələrində rekonstruksiya işlərinin aparılmasına 3,6 milyon manat vəsait yönəldilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Son xəbərlər

Orphus sistemi