Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub

Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub Prezident İlham Əliyev muzeylə tanış olub
Mədəniyyət siyasəti
3 Sentyabr , 2016 12:39
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin açılışı olub

Bakı. 3 sentyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıya səfəri çərçivəsində Tarix-Diyarşünaslıq Muzeyinin açılışında iştirak edib.

"Report"un xəbərinə görə, dövlət başçısına məlumat verilib ki, muzeyin inşasına 2014-cü ildə başlanılıb və tikinti işləri 2016-cı ilin iyulunda başa çatdırılıb.

Bildirilib ki, Prezident İlham Əliyevin 2013-cü il 11 sentyabr tarixli sərəncamı ilə inşaat işlərinin həyata keçirilməsi üçün 2 milyon manat vəsait ayrılıb. Bina üç mərtəbədən ibarətdir. Burada 5 ekspozisiya zalı, fond və iş otaqları, ideoloji mərkəz, rəsm qalereyası fəaliyyət göstərir.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsib və muzeylə tanış olub.

Son xəbərlər

Orphus sistemi