Malayziya Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Azərbaycana səfər edəcək

Malayziya Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Azərbaycana səfər edəcək Məqsəd Bakıda sentyabrın 19-da baş tutacaq Malayziya mədəniyyət festivalının açılışında iştirak etməkdir
Mədəniyyət siyasəti
12 Sentyabr , 2015 10:19
Malayziya Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Azərbaycana səfər edəcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ Malayziya Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət üzrə baş katibinin müavini Datuk Qafar bin Tambi Azərbaycana səfər edəcək. Bu barədə "Report"a Malayziyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

D.Tambinin Azərbaycana səfəri sentyabrın 18-nə planlaşdırılıb. Səfərin əsas məqsədi Bakıda sentyabrın 19-da baş tutacaq Malayziya mədəniyyət festivalının açılışında iştirak etməkdir.

Xatırladaq ki, mədəniyyət festivalı sentyabrın 18-dən 20-dək Bakıda keçiriləcək Malayziya Mədəniyyət Günləri çərçivəsində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi