​Macar rejissoru Bakı haqqında sənədli film çəkib

​Macar rejissoru Bakı haqqında sənədli film çəkib Film macar televiziya kanalları ilə nümayiş etdirilib
Mədəniyyət siyasəti
7 Aprel , 2015 13:06
​Macar rejissoru Bakı haqqında sənədli film çəkib

Bakı. 7 aprel. REPORT.AZ/ Macar Kinemotoqrafçılar Gildiyasının üzvü, rejissor, prodüser və film direktoru Bela Dospod Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə "Dünya paytaxtları" silsiləsindən Bakı haqqında sənədli film üzərində işini başa çatdırıb. Azərbaycanın Macarıstandakı səfirliyindən "Report"a verilən məlumatına görə, müəllifin London, Lissabon, Tunis, Bratislava, Praqa, Viktoriya (Seyşel adaları) kimi paytaxt şəhərlərinə dair filmlərinin ardınca Azərbaycan paytaxtı haqqındakı kino lenti də bu günlərdə macar televiziya kanalları ilə nümayiş etdirilib.

26 dəqiqəlik film Budapeştdən Bakıya, artıq neçə ildən bəri burada yaşayan rəfiqəsinin yanına gələn macar gəncinin Azərbaycanın paytaxtı ilə tanışlığını əks etdirir. Onlar birlikdə Bakı və çevrəsini gəzib dolaşırlar. Qobustan qayalarına, neft mədənlərinə, Yanardağa, palçıq vulkanlarına tamaşa edirlər. Bakıya yaxşı bələd olan, rus və Azərbaycan dillərində danışan gənc macar qız dostuna Bakının tarixi, insanları, son illərin iqtisadi yüksəlişi sayəsində tamamilə yenidən qurulması, şəhərdə görülən böyük quruculuq işləri barəsində məlumat verir, ona Bakı bulvarını, İçərişəhəri, paytaxtın yeni tikililərini, yollarını göstərir. Onlar zəngin koloriti ilə seçilən Bakı bazarlarını gəzib dolaşır, milli mətbəximizin nemətlərini dadır, rastlaşdıqları insanlarla təmas qururlar. Tar musiqisi ilə müşayiət olunan film boyu iki macar gənci Bakı və Azərbaycan haqqında biliklərini, təəssüratlarını bir-biri ilə bölüşür, dost və həmvətənlərini turist kimi Azərbaycana gəlməyə, bəzi cəhətləri ilə Macarıstana bənzəyən Azərbaycanla daha yaxından tanış olmağa səsləyirlər.

Son xəbərlər

Orphus sistemi