Leyla Əliyeva Tallinn Oğlanları Xoru və Horizonte Ansamblının konsertində iştirak edib

Leyla Əliyeva Tallinn Oğlanları Xoru və Horizonte Ansamblının konsertində iştirak edib İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı təşkil edilib.
Mədəniyyət siyasəti
29 Sentyabr , 2019 00:21
Leyla Əliyeva Tallinn Oğlanları Xoru və Horizonte Ansamblının konsertində  iştirak edib

İkinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında konsert proqramı təşkil edilib.

"Report"un məlumatına görə, konsertdə Estoniyanın Tallinn Oğlanları Xoru və Almaniyanın Horizonte Ansamblı çıxış ediblər.

Konsertin tamaşaçıları sırasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da olub.

Konsertdə məşhur bəstəkarlar Kirillus Kreekin, Georg Fridrix Handelin, Volfqanq Amadey Motsartın, Vladimir Vavilovun və digərlərinin əsərləri səsləndirilib.

Klassik musiqi gecəsi tamaşaçılarda böyük maraq doğurub.

Son xəbərlər

Orphus sistemi