Sentyabrın 20-də Dənizkənarı Milli Parkda Azərbaycanın multikultural dəyərlərinə həsr olunmuş “Bir günəş altında” adlı fotosərgi açılıb.
"Report" xəbər verir ki, sərgi
Heydər Əliyev Fondunun vitse-prezidenti
Bu sərgidə Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrinin Bakı Media Mərkəzinin peşəkar fotoqrafları tərəfindən lentə alınmış fotoşəkilləri təqdim edilir. Sərgidə nümayiş olunan fotoların müəllifləri Bakı Media Mərkəzinin fotoqrafları Vüqar İbadov və Zaur Mirzəyevdir.
Vüqar İbadov fotosərgi ilə bağlı təəssüratlarını jurnalistlərlə bölüşərək deyib: “Bu, Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin reallaşdırdığı layihədir. Bu sərgidə yer alan fotoların ərsəyə gəlməsinə bir il vaxt sərf edilib. Biz bu müddət ərzində ölkəmizin bir sıra regionlarında olmuşuq. Demək olar ki, bütün fəsillərdə rayonlarda və ucqar kəndlərdə çəkilişlər aparmışıq. Bu sərgidə həm də biz ölkəmizin tolerant dəyərlərini göstəririk. Fotosərgi bundan əvvəl Fransanın Paris və Kann şəhərlərində Azərbaycan günləri çərçivəsində də təqdim olunub. Bu işin ərsəyə gəlməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkürümüzü bildiririk”.
Zaur Mirzəyev layihə ilə bağlı məlumat verərək deyib ki, hələ çəkilişlərə 2016-cı ildən başlanılıb. Ölkəmizdə yaşayan azsaylı xalqlar haqqında ekranlaşdırılan “Bir günəş altında” filminin çəkilişləri zamanı bu layihəyə start verilib. Sərgidən gördüyünüz kimi, biz müxtəlif bölgələrdə yaşayan azsaylı xalqların tanınmış və yaşlı nəslinin nümayəndələrinin şəkillərini də çəkmişik. Layihənin məqsədi ölkəmizdə tolerant və multikultural ənənələri çəkib göstərmək, təbliğ etməkdir.
Layihənin reallaşdırılması zamanı filmin lentə alındığı bütün regionlarda fotoçəkilişlər aparılıb, fərqli etnik qruplara aid insanların həyatının bir anı əks olunub.
Fotosərginin təşkil edilməsində məqsəd Azərbaycanda tolerant mühitin formalaşdığını, dinindən, dilindən, milliyyətindən asılı olmayaraq hər kəsin bərabər hüquq və azadlıqlardan istifadə etmək imkanı qazandığını bir daha göstərməkdir.
Qeyd edək ki, Bakı Media Mərkəzi Heydər Əliyev Fondunun dəstəyi ilə 2016-cı ildə Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində “Bir günəş altında” adlı film ərsəyə gətirmiş, filmdə Azərbaycanda yaşayan 17 xalqın nümayəndələrinin həyat və məişətini, mədəniyyət və incəsənətini nümayiş etdirmişdi. Mərkəzin əməkdaşları adıçəkilən layihə çərçivəsində Azərbaycanın müxtəlif bölgələrində 54 kənd və qəsəbənin sakinlərini lentə alıb, Azərbaycan təbiətinin gözəlliyini əks etdirən 3850 mənzərənin, bu gözəl təbiətin qoynunda yaşayan müxtəlif yaşlı, fərqli etnik qruplara aid 2625 insanın fotosunu çəkib.
Sərgidə bu şəkillərin içərisindən seçilən 80 foto nümayiş olunur.