Lənkəran. 20 dekabr. REPORT.AZ/ Ötən gün Lənkəran şəhərində ilk dəfə keçirilən “Çay, çəltik və sitrus meyvələri” festivalı bayram konserti ilə başa çatıb.
"Report"un Cənub bürosunun məlumatına görə, Heydər Əliyev xatirə parkında baş tutan konsertdə respublikanın populyar müğənniləri iştirak ediblər. Sevimli mahnıları ilə festival iştirakçılarına xoş ovqat bəxş edən müğənnilərin çıxışları alqışlarla qarşılanıb. Konsert festival iştirakçılarının və şəhər sakinlərinin maraqla izlədikləri atəşfəşanlıqla başa çatıb.
"Report" yerli bürosunun bayram konsertindən hazırladığı fotoreportajı təqdim edir.