Lənkəranda Novruz bayramı qeyd olunub - FOTO

Lənkəranda Novruz bayramı qeyd olunub - FOTO Bayram tonqalı yandırılıb
Mədəniyyət siyasəti
19 Mart , 2016 18:12
Lənkəranda Novruz bayramı qeyd olunub - FOTO

Bakı. 19 mart. REPORT.AZ/ Lənkəran şəhərində Novruz bayramı qeyd olunub. "Report"un məlumatına görə, şəhərin dəmiryolu vağzalı ərazisində keçirilən bayram tədbirinə Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov, icra aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

İcra başçısı qonaqlarla birlikdə Lənkəran Tarix-Diyarşünaslıq muzeyinin qədim eksponatları, tətbiqi sənət nümunələri sərgisi, Uşaq rəssamlıq məktəbinin müəllim və şagirdlərinin rəsm sərgisi, eləcə də milli-mədəni irsimizlə tanış olub.

Sonra bayram tonqalı yandırılıb. Dədə Qorqud qədim saz havasının müşayiəti ilə Novruz şənliyinə toplaşanları salamlayıb, xeyir-dua verib.

T.Qaraşov şənlik iştirakçılarının və bütün lənkəranlıların Novruz bayramını təbrik edib. İcra başıçısı bildirib ki, bu il xalqımız Novruz bayramını bütün sahələrdə qazanılan böyük uğurlarla qarşılayır: “Bunu ölkəmizin hər yerində olduğu kimi, hаzırdа Nоvruz sеvinclərilə yаşаyаn, füsunkаr təbiəti bаhаrın аl-əlvаn nахışlаrı ilə bəzənən Lənkərаndа dа görmək mümkündür. İndi rаyоndа yеni аb-hаvа duyulur, хоş əhvаl-ruhiyyə hökm sürür. Lənkərаn şəhərində, rayonun kənd və qəsəbələrində gеniş аbаdlıq və quruculuq işləri aparılır. Cənab Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Lənkəranın siması sürətlə dəyişir”.

Da sonra Qara zurnanın müşayiəti ilə Bahar Qız, Kosa və Keçəl faytonda meydana daxil olublar. “Cəngi” səsləndirilib, idmançılar ağırlıqqaldırma bölməsində, güləşçilər tatami üzərində güclərini sınayıblar. Şənlik iştirakçıları tonqalın ətrafında rəqs edib, müğənnilər el nəğmələri, Bahara və Novruza həsr olunan mahnılar oxuyub.

Son xəbərlər

Orphus sistemi