Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə yeni direktor təyin olunub

Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə yeni direktor təyin olunub Anar Nəriman oğlu Kəkəyev Qəni Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə direktor təyin olunub.
Mədəniyyət siyasəti
20 oktyabr 2022 13:24
Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə yeni direktor təyin olunub
Anar Kəkəyev

Anar Nəriman oğlu Kəkəyev Qəni Vəliyev adına Lənkəran Şəhər Mədəniyyət Mərkəzinə direktor təyin olunub.

"Report"un Cənub bürosunun xəbərinə görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Anar Kəkəyev bundan əvvəl Lənkəran Regional Mədəniyyət İdarəsində məsləhətçi vəzifəsində çalışıb.

O, 2011-2022-ci illərdə regional televiziyada menecer vəzifəsində işləyib. Eyni zamanda, 2021-2022-ci illərdə Lənkəran şəhər 3 saylı Folklor Evinin direktoru olub.

Son xəbərlər

Orphus sistemi