Hava şəraitinə görə Kukla Teatrında tamaşalar təxirə salınıb

Hava şəraitinə görə Kukla Teatrında tamaşalar təxirə salınıb Bakı. 18 yanvar. REPORT.AZ/ “Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət ocaqlarında, konsert və tamaşalar nümayiş olunan zallarda artıq lazımi ehtiyat tədbirləri görülüb”.
Mədəniyyət siyasəti
933
18 Yanvar , 2019 12:45
0 : 00
0 : 00

Bakı. 18 yanvar. REPORT.AZ/ “Mədəniyyət Nazirliyinin tabeliyində olan mədəniyyət ocaqlarında, konsert və tamaşalar nümayiş olunan zallarda artıq lazımi ehtiyat tədbirləri görülüb”.

Bunu "Report"a Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov bildirib.

Onun sözlərinə görə, mədəniyyət naziri Əbülfəs Qarayev bununla bağlı əmr imzalayıb: "Bununla yanaşı, azyaşlıların belə bir havada bayıra çıxması məsləhət görülmədiyindən Abdulla Şaiq adına Dövlət Kukla Teatrında bu günə olan 12:00, 14:00 və 16:00 tamaşaları da təxirə salınıb”.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin Nazirlər Kabinetinin 2019-cu il 16 yanvar tarixli sərəncamının icrasını təmin etmək məqsədilə “Mədəniyyət Nazirliyinin tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi” barədə qərar qəbul olunub. Sənədə əsasən, yanvarın 17-si və 18-i Mədəniyyət Nazirliyinin tabeliyində olan bütün təhsil müəssisələrində tədris prosesinin dayandırılması və bununla bağlı tədbirlərin təxirə salınması barədə tapşırıq verilib.

Son xəbərlər

Orphus sistemi