Yuxarı
    Bağlamaq

    Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibəti ilə tədbir-tamaşa göstərilib

    Məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılması olub

    Bakı. 5 aprel. REPORT.AZ/ Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Beynəlxalq Autizm Günü münasibəti ilə tədbir-tamaşa göstərilib.

    "Report" xəbər verir ki, tədbirdə autizm sindromu ilə bağlı Şərqdə ilk dəfə olaraq “Əlimdən tut” adlı sözsüz tamaşa təqdim olunub.

    Kukla Teatrı ilə Müasir Psixologiya Mərkəzinin birgə layihəsi olan tədbir autizm sindromlu uşaqlardan bəhs edən tamaşanın nümayişi ilə başlayıb. Tamaşada teatrın aparıcı aktrisası Cəmilə Allahverdiyeva, teatrın nəzdində “Oyuq” teatr-studiyasının balaca aktyorları və autizm sindromlu uşaqlar da iştirak ediblər.

    Sonra psixoloq Aidə Nəcəfova bu işdə əməyi olan şəxslərə təşəkkür etdikdən sonra onlara “Autizm uşaqların dostu” mükafatı təqdim olunub. 

    Tədbir konsert proqramı ilə davam edib.

    İdeyası ssenarist-rejissor Səidə Haqverdiyevaya məxsus 15 dəqiqəlik sözsüz tamaşanın sonunda sırf bu uşaqlara həsr olunan mahnı-himn (sözləri Cəmilə Allahverdiyeva, musiqisi Vüqar Camalzadə) də təqdim olunub.

    Səhnə işinin quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı İqbal Əliyevdir.

    Tədbir-tamaşanın təşkilində məqsəd autizm uşaqların cəmiyyətə adaptasiya olunması, onların insanlara daha da yaxınlaşdırılmasıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi