Yuxarı

​Kubalı pianoçu Ağ Evdə konsert verəcək

Konsertdə ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama da iştirak edəcəklər

Bakı. 16 aprel. REPORT.AZ/ Kubanın tanınmış pianoçusu Çuço Valdes aprelin 30-da Ağ Evdə konsert proqramı ilə çıxış edəcək.

"Report" xəbər verir ki, bu haqda TASS məlumat yayıb.

Çuço Valdes müasir caz ifaçılarının tanınmış nümayəndələrindəndir. Beynəlxalq Caz Gününə həsr olunan konsertdə ABŞ prezidenti Barak Obama və xanımı Mişel Obama da iştirak edəcəklər.

Xatırladaq ki, Beynəlxalq Caz Günü 5 ildir dünya səviyyəsində qeyd olunur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi