Kazanda müsəlman filmləri festivalı açılıb

Kazanda müsəlman filmləri festivalı açılıb Kazan şəhərində XVII Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalı açılıb.
Mədəniyyət siyasəti
118
6 Sentyabr , 2021 15:32
Kazanda müsəlman filmləri festivalı açılıb

Kazan şəhərində XVII Kazan Beynəlxalq Müsəlman Filmləri Festivalı açılıb.

“Report” “Tatar İnform”a istinadən xəbər verir ki, tədbirin açılışında iştirak edən kino sənəti nümayəndələri arasında rejissorlardan Eldar Yağafarov (Tatarıstan), Rahul Aicaz (Pakistan), Daniel Quliyev (Azərbaycan), aktyorlardan Əli Burak Ceylan, Aleksandr Nosik, Tatyana Abramova, Yevgeniya Rozanova iştirak ediblər.

Bütövlükdə 100-dək film göstəriləcəyi festivalın proqramına tammetrajlı oyun filmləri, tammetrajlı sənədli filmlər, qısametrajlı oyun filmləri, qısametrajlı sənədli filmlər, eləcə də Tatarıstan rejissorlarının filmlərinin nümayiş olunduğu "Milli Müsabiqə" daxildir.

Festival sentyabrın 10-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi