Kazan İƏT-in gənclər paytaxtı seçilib

Kazan İƏT-in gənclər paytaxtı seçilib İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İdarə Heyəti Kazan şəhərinə “İƏT-in Gənclər Paytaxtı - 2022” statusunun verilməsi barədə qərar qəbul edib.
Mədəniyyət siyasəti
135
20 Noyabr , 2021 16:19
Kazan İƏT-in gənclər paytaxtı seçilib

İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun İdarə Heyəti Kazan şəhərinə “İƏT-in Gənclər Paytaxtı - 2022” statusunun verilməsi barədə qərar qəbul edib.

“Report” Tatarıstan Prezidentinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə Tatarıstan Prezidenti Rüstəm Minnixanov respublikanın hökumət evində keçirilən ənənəvi iclasında bildirib.

Onun sözlərinə görə, Kazan 2022-ci ildə İƏT-in gənclər paytaxtı statusunda bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etməyi planlaşdırır. Bura İƏT ölkələrinin gənclərlə iş üzrə nazirlərinin iştirakı ilə qlobal gənclər sammiti, müsəlman mədəniyyətinin beynəlxalq gənclər festivalı, beynəlxalq at yarışları və s. tədbirlər daxildir.

Qeyd olunub ki, müxtəlif illərdə bu status İstanbul (Türkiyə), Şiraz (İran), Putracaya (Malayziya), Fes (Mərakeş), Doha (Qətər) və bir sıra digər şəhərlərə verilib.

Son xəbərlər

Orphus sistemi