Yuxarı

​Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Milli musiqi gecəsi və Azərbaycan xalçaları sərgisi təşkil olunacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Fransanın Kann şəhərində Azərbaycan Mədəniyyəti günləri keçiriləcək.

"Report" Kann şəhər Turizm İdarəsinin rəsmi saytına istinadən xəbər verir ki, mədəniyyət günləri çərçivəsində iyulun 15-də Azərbaycan musiqisi gecəsi keçiriləcək.

Konsertdə dünya şöhrətli muğam ustası Alim Qasımov və digər Azərbaycan ifaçılarının çıxışları nəzərdə tutulur.

Bundan əlavə, həmin gün "Azərbaycan xalçaları incəsənətdə" adlı sərgi də təşkil olunacaq. Tədbirdə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın iştirakı gözlənilir.

Qeyd edək ki, tədbirlər Azərbaycanın Fransadakı səfirliyi və Kann şəhərinin meri Devid Lisnarın dəstəyi ilə təşkil olunacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi