​Kaluqada keçirilən Beynəlxalq sənətkarlıq sərgisində Azərbaycan pavilyonu fəaliyyət göstərib

​Kaluqada keçirilən Beynəlxalq sənətkarlıq sərgisində Azərbaycan pavilyonu fəaliyyət göstərib Beynəlxalq sənətkarlıq sərgi-yarmarkası sentyabrın 21-22-də Kaluga vilayətində baş tutub
Mədəniyyət siyasəti
23 Sentyabr , 2015 11:14
​Kaluqada keçirilən Beynəlxalq sənətkarlıq sərgisində Azərbaycan pavilyonu fəaliyyət göstərib

Bakı. 23 sentyabr. REPORT.AZ/ Rusiya-Azərbaycan dostluğu mərkəzi Kaluqa yaxınlığında keçirilən sənətkarlıq festivalında Azərbaycan milli mədəniyyəti pavilyonunu uğurla təqdim edib. Bu barədə "Report" Rusiya KİV-lərinə istinadən xəbər verir.

Sentyabrın 21-22-də, "Etnomir" mədəniyyət və təhsil mərkəzi Kaluqa vilayətində Beynəlxalq sənətkarlıq sərgi-yarmarkası təşkil edib. Həmin tədbirdə Rusiya-Azərbaycan Dostluq Mərkəzinin (RADM) nümayəndələri də iştirak edib və qonaqlara Famil Əhmədovun rəhbərliyi altında Azərbaycan xoreoqrafik-instrumental rəqs ansamblının çıxışını təqdim edib, həmçinin milli musiqi alətlərində ifa etmək üzrə ustad dərslərini də nümayiş etdiriblər.

Qonaqlara Azərbaycan mədəniyyəti və tarixi haqqında məlumatlar verilib, onlar Bakı paxlavası və Azərbaycan çayına qonaq ediliblər. Sərgi pavilyonunda nümayiş olunan Azərbaycanın milli geyimləri bura gələnlərdə böyük maraq doğurub, onlar bu geyimlərdə şəkil çəkdirmək imkanı əldə ediblər.  

Son xəbərlər

Orphus sistemi