Yuxarı

Kaliforniyada "Leyli və Məcnun"un premyerası baş tutub

The New York Times bu hadisəyə məqalə həsr edib

Bakı. 4 oktyabr. REPORT.AZ/ Kaliforniyada "Leyli və Məcnun"un premyerası baş tutub.

"Report" "The New York Times"a istinadən xəbər verir ki, tədbir Berkli şəhərinin Zellerbax zalında keçirilib.

Səhnə quruluşu, səhnənin və kostyumların dizaynı ABŞ-lı mədəniyyət xadimi tərəfindən verilib.

Səhnə quruluşunda Azərbaycanın milli və qərb musiqi alətlərinin sintezindən yaranan musiqinin müşayiəti ilə Amerika tamaşaçılarına Leyli və Məcnunun sevgi hekayəsini təqdim edən Mark Morrisin rəqs qrupu iştirak edib. Baletdə Məcnun və Leyli rollarını isə müvafiq olaraq, Azərbaycanın xalq artisti, məşhur xanəndə Alim Qasımov və onun qızı, əməkdar artist Fərqanə Qasımova ifa edib.

Premyera tamaşaçılar arasında Azərbaycana, xüsusilə də Üzeyir Hacıbəylinin əsərlərinə böyük maraq oyadıb.

"Böyük məmnuniyyətlə iki tamaşaya baxdıqdan sonra səbirsizliklə ümumilikdə Azərbaycan musiqisi, xüsusilə də Üzeyir Hacıbəylinin operalarıyla tanış olmaq istəyirəm. Morrisin xoreoqrafiyası bu poetik əfasanəyə əlavə şarm verir", - Alastar Makoleyin (Alastair Macaulay) "The New York Times" nəşrində dərc olunan məqaləsində deyilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi