İlham Əliyev: "Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib"

İlham Əliyev: "Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib" "Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir".
Mədəniyyət siyasəti
8 Fevral , 2023 12:48
İlham Əliyev: Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində inqilab edib
İlham Əliyev

"Şəhərimizin mərkəzində ucaldılan bu abidə Azərbaycan xalqının dahi bəstəkar Tofiq Quliyevin xatirəsinə olan hörmətinin əlamətidir. Həqiqətən Tofiq Quliyevin əsərləri Azərbaycan mədəniyyət aləmində bir inqilab etmişdir".

"Report" xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də görkəmli bəstəkar Tofiq Quliyevin abidəsinin açılış mərasimində çıxışında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Tofiq Quliyev həm görkəmli bəstəkar, həm Azərbaycanda caz sənətinin banisi də adlandırıla bilər. Eyni zamanda, böyük mədəniyyət xadimi Tofiq Quliyev Azərbaycan xalqının sevgisini qazanmışdır.

Son xəbərlər

Orphus sistemi