III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.
Mədəniyyət siyasəti
12 Avqust , 2022 16:29
III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək

III Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı keçiriləcək.

"Report" xəbər verir ki, festival avqustun 13-20-də Bakı, Şəki və Lənkəran şəhərlərində eyni anda baş tutacaq.

Eyni zamanda festival çərçivəsində seçilən filmlər “Ən yaxşı uzun metrajlı film”, “Ən yaxşı qısametrajlı sənədli film” və “Ən yaxşı yerli sənədli film” kateqoriyası üzrə yarışacaqlar. Bundan başqa, əlavə çoxsaylı yerli və beynəlxalq uzun və qısametrajlı sənədli filmin, master-klassların, panel müzakirələrin, filmlərdən sonra müzakirə sessiyalarının yer aldığı zəngin festival proqramı filmsevərlərin yolunu gözləyir. Müxtəlif ölkələrin kinematoqrafçılarının qonaq olacağı festival proqramının bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş olunacaq. Ötən illərdə olduğu kimi, bu il də müxtəlif ölkələrin film insanları festivalın qonağı olacaq.

Proqramın bütün filmləri orijinal dilində azərbaycanca altyazı ilə nümayiş etdiriləcək. Festivalın təşkilatçılıq işlərində isə xüsusən Bakı, Şəki və Lənkəran şəhərlərinin gəncləri əməkdaşlığa cəlb edilib. Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı (Sevil BQSFF) 2022-ci il proqramı çərçivəsində Almaniyanın "goEast" film festivalı ilə əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq çərçivəsində Sevilfestin builki qalib rejissoru "goEast" tərəfindən təşkil edilən "East-West Talent Lab"da iştirak haqqı qazanacaq.

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı - müstəqil, regional sənədli film festivalıdır. Festival proqramı çərçivəsində nümayiş olunan filmlər gender məsələlərinə toxunulur. Builki şüarı "Bizdən sizə kim düşə?" olan festivalın bu il üçün mövzusu isə qadınları sərhədləyən stereotiplərlə bağlıdır və fəaliyyətini stereotiplərin qırılmasına həsr edir. Belə ki, məqsəd Qadın Film Festivalı olaraq əsas fəaliyyətini sənədli filmlər və müzakirələr vasitəsilə gender məsələlərini ölkəmizdə diqqət mərkəzində saxlamaq və festival proqramı çərçivəsində planlaşdırılan fəaliyyətin buna xidmət etməsidir.

Sevil Film Festivalı 2020-ci ilin sentyabrında fəaliyyətə başlayıb. Festival müstəqil Sevil-BQSFF yerli sənədli film sahəsinin inkişafına töhfə vermək, sənədli film üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni yerli sənədli filmlərin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etmək, eyni zamanda, sənədli filmlər vasitəsi ilə gender məsələlərinə diqqət çəkmək məqsədi ilə yaradılıb. "Sevil" adı Azərbaycanda qadın azadlığını təmsil edən Cəfər Cabbarlının "Sevil" pyesindən götürülüb.

Son xəbərlər

Orphus sistemi