İtaliyada birinci Azərbaycan film festivalı keçiriləcək

İtaliyada birinci Azərbaycan film festivalı keçiriləcək Festival "Əli və Nino" filmin nümayişi ilə başlayacaq
Mədəniyyət siyasəti
19 İyun , 2017 14:50
İtaliyada birinci Azərbaycan film festivalı keçiriləcək

Bakı. 19 iyun. REPORT.AZ/ Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evində İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalı keçiriləcək.

Azərbaycanın İtaliyadakı səfirliyindən "Report"a verilən məlumata görə, iyunun 22-dən 24-dək davam edəcək festivalın keçirilməsində məqsəd Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələri gücləndirmək, Azərbaycanın zəngin kino mədəniyyətini İtaliyada təbliğ və təşviq etmək, həmçinin İtaliya ictimaiyyətini Azərbaycan kinosu vasitəsilə ölkənin mədəniyyəti, tarixi və reallıqları ilə tanış etməkdir.

Festivala iyunun 22-də “Əli və Nino” filminin nümayişi ilə start veriləcək. Filmin nümayişindən öncə İtaliyanın kino və akademik dairələrinin nüfuzlu nümayəndələrinin çıxışları nəzərdə tutulub. Sonrakı iki gün ərzində əlavə olaraq altı bədii film (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) italyan dilində alt yazılarla nümayiş olunacaq.

Festival çərçivəsində, həmçinin “Bir günəş altında” və “Əbədi ezamiyyət” sənədli filmlərinin nümayişinin, müvafiq olaraq Azərbaycanda multikulturalizm, dinc yanaşı yaşama mədəniyyəti, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti haqqında akademik tədbirlər kimi təqdim olunacağı və bu tədbirlərdə müvafiq tədqiqatçıların çıxışı da nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi