Yuxarı
    Bağlamaq

    İstiqlal Muzeyi 20 Yanvara həsr edilən tədbir keçirəcək

    Həyatın və ölümün dərsləri adlı tədbirdə sərginin nümayişi olacaq

    Bakı. 15 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin sərəncamı ilə təsdiq olunmuş "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı"na əsasən, Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş "Həyatın və ölümün dərsləri" adlı tədbir-sərginin açılışı olacaq.

    "Report" xəbər verir ki, bu barədə xəbəri Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

    Yanvarın 16-sı saat 12:00-da təşkil ediləcək sərgidə muzeyin fonduna daxil edilmiş yeni eksponatlar - 20 Yanvar faciəsinin şəhidlərinin şəxsi əşyaları, nümayiş olunacaq.

    Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, 20 Yanvar faciəsinin şəhidləri Ülvi Bünyadzadənin bibisi Almaz Binnətova, Ələsgər Qaibovun qohumu Salman Novruzlu və digər qonaqların çıxış edəcəyi tədbirdə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar artist MahirəYaqubovanın rejissorluğu ilə hazırlanan 20 Yanvar faciəsinə həsr olunan kompozisiya nümayiş olunacaq, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğam səslənəcək.Tədbirdə 20 Yanvar faciəsinin şəhidlərinin ailə üzvləri, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti, Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasının tələbələri və digər qonaqlar iştirak edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi