Yuxarı
    Bağlamaq

    İstanbulda tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızının fərdi sərgisi açılıb

    Sərginin açılışında Türkiyənin tanınmış incəsənət xadimləri, azərbaycanlı alimlər də iştirak ediblər

    Bakı. 20 dekabr. REPORT.AZ/ İstanbulda böyük mütəfəkkir, tanınmış maarifçi Əlibəy Hüseynzadənin qızı Feyzavər Alpsarın fərdi rəsm sərgisi açılıb.

    Şəhərin Bəyoğlu rayonundakı “Eller” incəsənət qalereyasında təşkil olunan sərginin açılış mərasimində Türkiyənin tanınmış incəsənət xadimləri, azərbaycanlı alimlər, bu şəhərdə təhsil alan və çalışan soydaşlarımız, KİV nümayəndələri iştirak ediblər.

    On beş gün davam edəcək sərgidə Feyzavər Alpsarın dəri üzərində boya ilə çəkdiyi əsərlər, o cümlədən qaval və kağızlardakı rəsmləri nümayiş etdirilir.

    Artıq onuncu dəfə keçirilən sərgiyə Azərbaycan ictimaiyyətinin daha çox maraq göstərməsindən məmnun qaldığını diqqətə çatdıran 96 yaşlı Feyzavər Alpsar AZƏRTAC-a müsahibəsində deyib: “Sevinirəm ki, əsərlərim soydaşlarımı Azərbaycan işığında bir yerə toplaya bilir”.

    Orijinal iş üslubu ilə Türkiyədə incəsənətin inkişafına böyük töhfələr verən F.Alpsarın bu vaxtadək 50-dən artıq sərgisi təşkil olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi