​İstanbulda “Anadoludan Azərbaycana” konserti keçirilib

​İstanbulda “Anadoludan Azərbaycana” konserti keçirilib “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı adı ilə keçirilən kosertdə yüzlərlə həmvətənimiz iştirak edib
Mədəniyyət siyasəti
5 İyun , 2016 11:34
​İstanbulda “Anadoludan Azərbaycana” konserti keçirilib

İstanbul. 5 iyun. REPORT.AZ/ İstanbulda Leyla Gənclər Opera və Sənət mərkəzində Xəzər Folklor Təhsil və Araşdırma dərnəyi ilin hər il olduğu kimi bu il də TRT İstanbul Radiosu “Anadoludan Azərbaycana” adlı türk xalq topluluğunun konsertini təşkil edib. 

"Report"un Türkiyə bürosunun verdiyi xəbərə görə, “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı adı ilə keçirilən kosertdə İstanbulda yaşayan, İğdır, Kars və Azərbaycandan gəlmiş yüzlərlə həmvətənimiz iştirak edib.

Azərbaycan və Türkiyə dövlət himnlərinin səsləndirilməsiylə başlayan konsert proqramı əyləncəli keçib. Hər iki ölkənin dövlət bayraqlarıyla bəzədilmiş salonda Azərbaycan xalq musiqiləri səslənib və xalq artisti Nuriyyə Hüseynovanın ifası dinlənilib.

Gecənin ən maraqlı və yaddaqalan hissələrindən biri də Türkiyənin Ege bölgəsinə xas olan Zeybək rəqsinin oynanılması olub. 

Sonda Xəzər Folklor qrupunun ifasında Azərbaycan milli rəqsləri oynanılıb.  

Son xəbərlər

Orphus sistemi