Yuxarı
    Bağlamaq

    İsmayıllıda “Sənətkarlıq bazarı” fəaliyyətə başlayıb - FOTO

    “Sənətkarlıq bazarı” 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhədən ibarətdir

    Bakı. 22 iyun. REPORT.AZ/ İsmayıllıda “Sənətkarlıq bazarı” fəaliyyətə başlayıb.

    Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    “Sənətkarlıq bazarı” Şamaxı, İsmayıllı, Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala, Balakən turizm dəhlizi imkanlarının araşdırılması və inkişafı layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və rayon İcra Hakimiyyətinin birgə dəstəyi ilə inşa edilib.

    “Sənətkarlıq bazarı” 9 köşkdən, konsert səhnəsindən və turistlərin xatirə şəkli çəkdirməsi üçün lövhədən ibarətdir. Onlardan 8-i sənətkarlıq nümunələrinin, 1-i isə milli mətbəx nümunələrinin sərgi-satışı üçün nəzərdə tutulub. Burada misgərlər, xalçaçılar, kəlağayı ustaları, halvaçılar, rəssamlar, suvenir ustaları, kulinarlar öz məhsullarını, əl işlərini, məmulatlarını nümayiş etdirə və satışını təşkil edə biləcək. Çay evində isə Lahıca və Basqala aid halva və şirniyyatların da yer aldığı çay süfrəsi təşkil edilir. Hər gün axşam saatlarında musiqi proqramları, folklor qruplarının çıxışları nəzərdə tutulur.

    Layihə turizmin inkişafında əhəmiyyətli rol oynayacaq, sənətkarlıq məhsullarının tanıdılmasında zəmin yaradacaq. “Sənətkarlıq bazarı” yerli əhaliyə və rayona gələn turistlərin asudə vaxtının səmərəli təşkilinə xidmət edəcək. Qonaqlar üçün İsmayıllı rayonu ilə tanışlıq buradan başlanacaq.

    Layihə çərçivəsində İsmayıllı Turizm İnformasiya Mərkəzinin topladığı suvenirlərin, Lahıc ustaları tərəfindən misdən hazırlanmış sənətkarlıq nümunələrin, Basqal sənətkarlarının xam ipəkdən hazırladığı kəlağayıların, Qalacıq kənd Sənətkarlıq klubunda fəaliyyət göstərən xalçaçılıq dərnəyi üzvlərinin əl işləri, İvanovka kəndinin kənd təsərrüfatı məhsullarının satış-sərgisi, eləcə də yerli yazarların kitablarının sərgisi və İsmayıllı rayon Rəsm Qalereyası tərəfindən rəsm sərgisi təşkil olunur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi