Azərbaycanlı pianoçu və caz ifaçısı Londonda konsert verib - FOTO

Azərbaycanlı pianoçu və caz ifaçısı Londonda konsert verib - FOTO Caz gecəsi İsfar Sarabskinin ən məşhur kompozisiyalarından biri "G Man" adlı əsərin ifası ilə başa çatıb
Mədəniyyət siyasəti
14 Avqust , 2015 12:19
Azərbaycanlı pianoçu və caz ifaçısı Londonda konsert verib - FOTO

Bakı. 14 avqust. REPORT.AZ/ Azərbaycanlı pianoçu və caz ifaçısı, əməkdar artist İsfar Sarabski Londonun "Ronnie Scott’s" Caz klubunda konsert verib. "Report" xəbər verir ki, ifaçı ritmik hissəyə keçməzdən əvvəl çıxışını "Dejavu" əsəri ilə başlayıb.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkil etdiyi konsertdə İ.Sarabski daha sonra rus bəstəkarı Pyotr Çaykovskinin "Qu gölü" əsərindən parçalar səsləndirib. Ardınca "Prelude" kompozisiyası ifa olunub. Konsert "Transit to Neyu York" kompozisiyası ilə davam edib.

Caz gecəsi sənətkarın ən məşhur kompozisiyalarından biri "G Man" adlı əsərin ifası ilə başa çatıb.

Qeyd edək ki, Londonun "Ronnie Scott’s" Caz klubu Avropanın ən məşhur klublarından biridir. 1959-cu ildə məşhur britaniyalı saksofonçu cazmen Roni Scots tərəfindən yaradılan bu klub 60 ildən çoxdur ki, dünyanın aparıcı caz ifaçılarının üzünə açıqdır. 

Son xəbərlər

Orphus sistemi