Yuxarı

İSESKO-nun Baş Konfransının Bakı iclasının yekun bəyanatı qəbul olunub

Bəyanatda İslam ümmətinin son dövrlər baş verən hadisələrlə, torpaqların işğalı, milli irsin məhv edilməsi ilə bağlı narahatlığı əks olunub

Bakı. 27 noyabr. REPORT.AZ/ Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyasının yekun iclasında bəyanat qəbul edilib.

"Report" xəbər verir ki, bəyanatda İslam ümmətinin son dövrlər baş verən hadisələrlə, torpaqların işğalı, milli irsin məhv edilməsi ilə bağlı narahatlıq, Azərbaycan Prezidenti İlham Əliyevin, İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycrinin və digər nüfuzlu şəxslərin fikirləri əks olunub.

İclasda həmçinin İSESCO Baş Konfransının XII sessiyasının yekun hesabatı və yekun qətnamə layihələri qəbul olunub.

Qeyd edək ki, noyabrın 26-27-də Bakıda keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) Baş Konfransının XII sessiyasında təşkilatın baş direktoru seçilib. Təşkilatın növbəti üç ilə fəaliyyət planı müzakirə olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi