Omanda İSESCO mədəniyyət nazirlərinin konfransı çərçivəsində sərgi açılıb

Omanda İSESCO mədəniyyət nazirlərinin konfransı çərçivəsində sərgi açılıb Sərgidə İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoları yer alıb
Mədəniyyət siyasəti
3 Noyabr , 2015 12:56
Omanda İSESCO mədəniyyət nazirlərinin konfransı çərçivəsində sərgi açılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Oman Sultanlığının paytaxtı Maskat şəhərində keçirilən İSESCO mədəniyyət nazirlərinin 9-cu İslam Konfransı çərçivəsində tədbir iştirakçıları üçün İSESCO-nun fəaliyyətini özündə əks etdirən sərgi nümayiş olunur.

"Report" xəbər verir ki, sərgidə müxtəlif dövrlərdə İSESCO-nun keçirdiyi və iştirak etdiyi bir sıra tədbirlərdən fotoşəkillərdən ibarət lövhələr öz əksini tapıb.

Həmçinin, İSESCO-nun hesabat xarakterli bir sıra çap məhsulları, eləcə də Oman mədəniyyətini və turizm imkanlarını özündə əks etdirən bir neçə kataloq və broşürlar da sərgidə nümayiş olunur.

Sərgidə mədəniyyət paytaxtları bölməsində Azərbaycan Prezidenti İlham Əliyevə 2009-cu ildə təqdim edilən xüsusi lövhənin foto şəkilləri, həmçinin İSESCO baş direktoruna Prezident tərəfindən təqdim edilən ordenin fotoşəkilləri öz əksini tapıb.

Sərgidə İSESCO-nun xoşməramlı səfirləri bölməsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da fotoları yer alıb.

Noyabrın 2-də öz işinə başlayan tədbir mədəni proqram və bağlanış mərasimi ilə noyabrın 4-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi