“İRS” jurnalının Vyetnam dilində növbəti buraxılışı çap olundu

“İRS” jurnalının Vyetnam dilində növbəti buraxılışı çap olundu Azərbaycanın “İRS” jurnalının Vyetnam dilində növbəti buraxılışı işıq üzü görüb.
Mədəniyyət siyasəti
6 Mart , 2020 12:51
“İRS” jurnalının Vyetnam dilində növbəti buraxılışı çap olundu

Azərbaycanın “İRS” jurnalının Vyetnam dilində növbəti buraxılışı işıq üzü görüb.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən  bu buraxılışda Vyetnam Sosialist Respublikasının sabiq Prezidenti Truong Tan Sangın məqaləsi, Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müsahibəsi, Vyetnam Dostluq Təşkilatları İttifaqının sədri səfir xanım Nguyen Phuong Nganın məqaləsi, habelə Azərbaycan tarixi və mədəniyyətini və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini əhatə edən bir sıra materiallar nəşr olunub.

Məqaləsində Vyetnamın sabiq Prezidenti Truong Tan Sang Vyetnam-Azərbaycan münasibətlərinə toxunub, ölkəmizə 2015-ci ildəki rəsmi səfərini və Azərbaycan Prezidenti İlham Əliyev ilə keçirdiyi görüşləri xatırlayır, ikitərəfli əlaqələrin yaxın keçmişi və gələcəyi ilə bağlı fikirlərini bölüşür.

Prezidentin köməkçisi Hikmət Hacıyev müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müdrikliklə həyata keçirilən xarici siyasətin prioritetlərindən, həmçinin Azərbaycan-Vyetnam münasibətlərdən bəhs edib. Hikmət Hacıyev Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illik yubileyinə, ötən dövr ərzində Azərbaycan diplomatiyasının qazandığı nailiyyətlərə toxunub.

Vyetnam Dostluq Təşkilatları İttifaqının sədri xanım Nguyen Phuong Nganın məqaləsində isə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən neft-qaz və təhsil sahələrindəki əməkdaşlıq əlaqələrindən danışılır. Eyni zamanda, 2015-ci ildə Hanoy şəhərində təsis edilən Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəaliyyətinin və dövlətlərarası münasibətlərimizdə müstəsna rol oynayan xalq diplomatiyasının əhəmiyyəti qeyd olunur.

Həmçinin “İRS” jurnalının Vyetnam dilindəki bu buraxılışında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, habelə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının, Bakı Dövlət Universitetinin təsis edilməsinin 100 illiyinə, xalqımızın Novruz bayramı ilə bağlı ənənələrinə dair məqalələr də öz əksini tapıb.

Son xəbərlər

Orphus sistemi