İranın iki şəhərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

İranın iki şəhərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək Tədbir çərçivəsində Azərbaycan mədəniyyəti və ədəbiyyatına aid olan kitablar, rəsmlər, miniaturlar və kinolar nümayiş etdiriləcək
Mədəniyyət siyasəti
1 İyul , 2017 12:45
İranın iki şəhərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

Bakı. 1 iyul. REPORT.AZ/ İranın Tehran və İsfahan şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək. 

Bu barədə "Report"a İranın Naxçıvandakı baş konsulluğundan məlumat veriblər. 

İyulun 3-dən 8-dək davam edəcək mədəniyyət həftəsi çərçivəsində Azərbaycan mədəniyyəti və ədəbiyyatına aid olan kitablar, rəsmlər, miniaturlar, o cümlədən Azərbaycan kinoları nümayiş olunacaq. Tədbir çərçivəsində həmçinin Üzeyir Hacıbəylinin "Ər və arvad" musiqili komediyası da nümayiş etdiriləcək. 

Tədbir Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın İrandakı səfirliyi, İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatı, İranın Mədəniyyət və İslami İrşad Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi