Bakı. 4 noyabr. REPORT/ İranda Azərbaycan Mədəniyyət Həftəsi keçiriləcək. "Report"un xəbərinə görə, bunu mətbuat konfransında İranın İslami Əlaqələr və Mədəniyyət Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən deyib.
O bildirib ki, Azərbaycanla İran arasında mədəniyyət sahəsində uğurlu əməkdaşlıq qurulub: "Bundan sonra da mədəniyyət sahəsində əməkdaşlığın inkişafına səy göstərəcəyik".