Azərbaycan BMÜTT-nin İpək Yolu üzrə İşçi Qrupunun 5-ci görüşündə təmsil olunacaq

Azərbaycan BMÜTT-nin İpək Yolu üzrə İşçi Qrupunun 5-ci görüşündə təmsil olunacaq Tədbir 23-24 apreldə Koreyada keçiriləcək
Mədəniyyət siyasəti
30 Mart , 2015 13:06
Azərbaycan BMÜTT-nin İpək Yolu üzrə İşçi Qrupunun 5-ci görüşündə təmsil olunacaq

Bakı. 30 mart. REPORT.AZ/ Aprelin 23-24-də Koreya Respublikasının Seul şəhərində təşkil olunacaq BMÜTT-nin İpək Yolu üzrə İşçi Qrupunun 5-ci görüşü keçiriləcək.

"Report" xəbər verir ki, görüşdə Mədəniyyət və Turizm Nazirliyi təmsil olunacaq.

Görüş çərçivəsində İpək yolu üzərində beynəlxalq turizmin təkmilləşdirilməsi strategiyaları, birgə marketinq siyasəti və turizm məhsullarının yaradılması məqsədilə mədəni əlaqələrin gücləndirilməsi və bir sıra digər mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, görüşdə İpək yolu layihəsi ölkələri və YUNESKO nümayəndələrinin, habelə BMÜTT-nin seçilmiş üzvləri iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi