Yuxarı
    Bağlamaq

    “İlaxır çərşənbə”si axşamı Bakıda konsert və atəşfəşanlıq olacaq

    Martın 14-də dəvələr, süvarilər faytonların müşayiətilə böyük bayram karvanı Suraxanı “Atəşgahı”na yola düşəcək© Courtesy İmage

    Bakı. 10 mart. REPORT.AZ/ Bakıda “İlaxır çərşənbə”si qeyd olunacaq.  

    Bakı Şəhər İcra Hakimiyyətindən “Report”a verilən məlumata görə, martın 14-də saat 09.30-da metronun “İçərişəhər” stansiyası və İcra Hakimiyyəti binasının arasındakı sahədə - qala divarları önündə toplaşaraq Novruz personajları- Dədə Qorqud, Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük bayram karvanı  Suraxanı “Atəşgahı”na yola düşəcək.

    Bayram karvanı Bakı Şəhər İcra Hakimiyyətindən hərəkətə başlayaraq İstiqlaliyyət küçəsi, Beşmərtəbə dairəsi, Heydər Əliyev Sarayının yanından keçməklə metronun Sahil stansiyası, Hökumət evi, Ali Məhkəmənin qarşısından hərəkət edib Heydər Əliyev prospektinə çıxacaq və metronun “Koroğlu”stansiyasından Hava limanı avtomagistralı ilə hərəkət etməklə Suraxanı “Atəşgahı”na istiqamətlənəcək.

    Atəşgahdan od götürən Bayram karvanı geriyə qayıdaraq Hava limanı avtomagistralı, Heydər Əliyev prospekti, 28 May küçəsini keçərək Heydər Əliyev Sarayının arxasından keçməklə Fəvvarələr meydanından Gənclər meydanına gələrək Bayram Tonqalı alovlandırılacaq və Dədə Qorqudun Novruz xeyir-duası ilə saat 19.00-da incəsənət ustalarının iştirakı ilə bayram konserti və atəşfəşanlıq olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi